Rusiya ordusunda "Bayraktar" əleyhinə xüsusi təlimlər keçirilir- FOTOLAR

   Rusiya ordusunda    "Bayraktar"    əleyhinə xüsusi təlimlər keçirilir-   FOTOLAR
  24 Dekabr 2021    Oxunub:3507
Rusiya ordusuna Türkiyənin "Bayraktar" TB2 hücum Pilotsuz Uçuş Aparatları(PUA) ilə mübarizə aparmaq üçün təlimlər keçirilir. AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın hərbi saytları məlumat yayıb.
Məqalədə qeyd edilir ki, xüsusi zabitlər qrupu üçün nəzərdə tutulan təlimatlandırma prosesi Voronej yaxınlığında təşkil edilib.

Rusiya yeni anti-dron yaradıb: Əsas hədəf "Bayraktar"dır
- Rusiya ordusunun hərbçilərinə Ukraynanın Donbasda istifadə etdiyi “Bayraktar” PUA-larının müdafiəsiz duruma düşməsi nümayiş etdirilib. Müasir radioelektron mübarizə vasitələri (REB) və hava hücumundan müdafiə sistemləri (PVO) bu cür dronlarla effektiv mübarizə apara bilir. Hərbi ekspertlər məlum düşmən PUA-larına qarşı mübarizə üzrə təlim sessiyalarına aid dərc edilmiş şəkillərdən birini analiz ediblər. Stenddə məhz Türkiyənin "Bayraktar" TB2 pilotsuz təyyarəsini görə bilərsiniz. Ehtimal olunur ki, hərbçilərə düşmənin pilotsuz təyyarələrinin əməliyyatlarına müdaxilə və onlara nəzarəti ələ keçirməyin yolları öyrədilir-, məqalədə yazılıb.

Qeyd edək ki, bir neçə gün öncə Rusiya yeni anti-dron sisteminin uğurla sınaqdan keçirilməsi barədə məlumat yaymışdı.





Tural Tağıyev
AzVision.az



Teqlər:   Bayraktar   Rusiya   Təlim   Türkiyə  



Xəbər lenti