Türk dünyasının məşhurları Prezidenti təbrik etdilər- VİDEO

   Türk dünyasının məşhurları Prezidenti təbrik etdilər-   VİDEO
  24 Dekabr 2021    Oxunub:1356
Dünyanın müxtəlif bölgələrindən Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir. AzVision.az xəbər verir ki, Türk Ağsaqqalları Birliyi(TAİB) bir sıra məşhurların da yer aldığı “Konüllərdə taxt qurmuş sərkərdə" adlı videomaterial hazırlayıb.
Qazaxıstan, Özbəkistan, Makedoniya və digər ölkələrdən olan təbriklərdə Azərbaycan Prezidentinə ən xoş arzular ifadə edilib. O cümlədən Türkiyənin müxtəlif bölgələrindən də dövlət başçısına təbrik mesajları səslənib.

Türk Ağsaqqalları Birliyi (TAİB)-nin Təşkilat Komitəsinin sədri, akademik Südeyif İmamverdiyevin Azərbaycan Prezidentinə ünvanlanan təbrikinə qoşulanlar sırasında Türkiyənin tanınmış diplomatı Hulusi Kılıç, məşhur futbol xadimi Yılmaz Vural, İqdır Aralıq bələdiyyə rəhbəri Mustafa Güzelkaya, İğdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal, Türkiyənin Qars şəhərinin sabiq bələdiyyə sədri Murtaza Karaçanta da var. Bundan başqa Özbəkistandan professor Erkin Nuriddinov, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin başqanı Ayhan Demirçi, Makedoniyanın sabiq naziri Elvin Hasan, Qaqauz Ağsaqqallar Şurasının sədri Vasili Anavut, Qazaxıstanın “Eurasia News” agentliyinin rəhbəri, “Media Türkü TV”-nin Qazaxıstan nümayəndəsi Nurqali Jusipbay, Kərkük Mədəniyyət Mərkəzinin sədri Şemsəddin Küzəçi, Türkiyə Sivas Cümhuriyyət Universitetinin professoru Tuncay Dilçi, Dünya Əfşarlar Birliyinin Elmi Şurasının sədri Memduh Yağmur, Özbəkistan Respublikasının Mənəviyyat və Maarifçilik Mərkəzinin üzvü Jamilya Şermuxamedova, Güney Türküstanın (Əfqanıstan) tanınmış türkücü ifaçısı Mehmet Sabir Karger Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 yaşının tamam olması münasibəti ilə təbrik ediblər.

Türk Ağsaqqalları Birliyinin hazırladığı "Konüllərdə taxt qurmuş sərkərdə" adlı videomaterialı təqdim edirik.



AzVision.az



Teqlər: Prezident   Təbrik  



Xəbər lenti