Peskov Rusiya və ABŞ liderlərinin növbəti görüşü barədə danışıb

Peskov Rusiya və ABŞ liderlərinin növbəti görüşü barədə danışıb
  25 Dekabr 2021    Oxunub:539
“Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Baydenin mümkün növbəti görüşünün harada keçirilə biləcəyi məsələsi hətta müzakirə belə olunmur”.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Hələlik bu barədə hər hansı müzakirə aparılmır”, - deyə o, növbəti görüşün yeri ilə bağlı sualı cavablandırıb.

Liderlərin qiyabi olaraq görüşünüb hazırlanmaslna gəlincə, Peskov bildirib ki, ilk növbədə Rusiya Federasiyasına NATO-dan təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar aparmaq lazımdır: "Bu, yanvarda baş tutmalıdır. Biz qaldırılan suallara konkret cavab gözləyəcəyik".

Kreml sözçüsü təsdiqləyib ki, prezidentlərin görüşü yalnız bu məsləhətləşmələrdə konkret razılaşmalar əldə edildikdən sonra mümkündür.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin NATO-nu Rusiyaya etibarlı və uzunmüddətli təhlükəsizlik təminatları vermək məqsədi ilə substantiv danışıqlara başlamağa çağırıb. O deyib ki, Moskvaya məhz hüquqi təminat lazımdır, çünki qərbli həmkarlar öz şifahi öhdəliklərini yerinə yetirməyiblər.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: ABŞ   Rusiya  





Xəbər lenti