|
| Ermənisayağı istefa: Məmurlar niyə təzyiqlə üzləşir? |
Dünən isə Nikol Paşinyan ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib. Robert Köçəryan da bazar ertəsi mətbuat konfransı təşkil edəcək. Hazırkı nazirlər və müxtəlif strukturların rəhbərləri ilə yekun vuracaqlar. İqtidar ekspertlər və müxalifət tərəfindən asanlıqla təkzib oluna biləcək bəzi uydurma rəqəmlər və faizlər dərc etməklə bu il ölkənin "şok uğur"lar qazanması görüntüsü yaratmağa çalışacaq. Əslində bunu da başa düşmək olar. Hakimiyyətdədirlər axı...
Müxalifətin qiymətləndirmələrində isə daha kədərli qeydlər və daha az nikbin vurğular nəzərə çarpır.
Amma media olaraq deyirik ki, təəssüf ki, biz 2021-ci ildə nə iqtisadi, nə siyasi, nə də mənəvi-psixoloji baxımdan uğur qazana bilmədik. 2021-ci il məğlubiyyət ili olan 2020-nin “layiqli” davamçısı oldu. Ən acınacaqlısı isə odur ki, itkilərimizdən və səhvlərimizdən dərs çıxarmadıq. Daha realist olmadıq və 2021-də qamətimizi düzəltməyə çalışmadıq. Bu isə cəmiyyətin yox, indiki hakimiyyətin günahıdır.
Nəticə etibarı ilə hakimiyyət orqanları, cəmiyyəti idarə edən və təşkilatlandıran, milləti yönləndirərək istiqamət verən, ortaya hədəflər qoyan, planlar hazırlayan insanları irəli çəkməlidir. Necə ki, bütün keçmiş itkilərimiz və uğursuzluqlarda günahkar olduqları kimi, yeni uğurların da memarları olmalıdırlar-,məqalədə yazılıb.
İlin yekunlarına dair yazılarda həmçinin xüsusi olaraq vurğulanır ki, sərhəddə yaranmış problemlər, xeyli sayda hərbçinin döyüş şəraitində itirilməsi, ölkə rəhbərliyinin dişsiz siyasəti də 2021-in yaralı xatirələrindən sayılacaq. Bundan başqa, sayı itirilmiş etiraz aksiyaları, Qarabağda tapılan və adi statistikaya çevrilən cəsəd qalıqları, itkin düşmüş hərbçilərin yaxınlarının süründürməçiliyə məruz qalması da ilin ağır mənzərəsini yaradıb. Artan siyasi həbslər, demokratiyada aşkar sezilən geriləmə, rekord sayda məmur istefası və işdən qovulması da 2021 üçün yadda qalan hadisələrdən oldu. Erməni jurnalistlər ölkə üçün yeganə normal sayıla biləcək pozitiv hadisəni isə erməni təmsilçisinin “Uşaq Avroviziyası – 2021”-də qalib gəlməsini göstəriblər. Bir də Azərbaycanda həbs edilmiş bir qrup erməni məhbusların geri qaytarılması az da olsa cəmiyyət üçün xoş xəbər sayılıb.
Qeyd edək ki, Ermənistanda 2021-ci ilin bu qədər uğursuz qiymətləndirilməsinə əsas səbəb İkinci Qarabağ müharibəsinin nəticəsidir. Azərbaycan ötən ilin sonlarında Vətən müharibəsində qələbə qazanmaqla İrəvanın işğalçılıq siyasətinə son qoydu. Bundan sonra isə erməni cəmiyyətində xaos, İrəvanda isə ağır iqtisadi-siyasi və hərbi böhran yaşandı.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


