Ermənistanda virusdan ölənlərin sayı 7 942 nəfərə çatıb

Ermənistanda virusdan ölənlərin sayı 7 942 nəfərə çatıb
  25 Dekabr 2021    Oxunub:605
Ermənistanda son sutka ərzində daha 118 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, yoluxanların ümumi sayı 344 379 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 3 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 7 942-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1 498 nəfərdir. Aktiv xəstələrin sayı 4628 nəfər təşkil edir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Virus  



Xəbər lenti