İrəvana uçan təyyarədə partlayış olub- VİDEO

İrəvana uçan təyyarədə partlayış olub-   VİDEO
  25 Dekabr 2021    Oxunub:1556
Rusiyanın Tümen vilayətindən Ermənistan paytaxtına uçan təyyarə qəza şəraiti ilə üzləşib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, “Utair” aviaşirkətinin Tümendən İrəvana uçan təyyarəsi gecikib. Buna səbəb isə mühərrikdə alışmanın baş verməsidir.

- Uçuş saat 07:20-də olmalı idi. Uçuş zamanı mühərrik partlayıb. Bu səbəbdən də həmin reys ləğv edilib. Sərnişinlərin yarısı evlərinə dönüb, axşam isə yeni reys vəd edilib, - məqalədə yazılıb.

İnsidentin videosu da internetdə yayılıb. Sərnişinlərdən birinin lentə aldığı videogörüntülərdən təyyarənin sol qanadının altında qığılcımların meydana gəlməsi aşkar görünür.



Tural Tağıyev
AzVision.az



Teqlər: Təyyarə   Tümen   Ermənistan  



Xəbər lenti