Peskov Putinin Yeni illə bağlı planlarından danışıb

Peskov Putinin Yeni illə bağlı planlarından danışıb
  25 Dekabr 2021    Oxunub:880
"Rusiya prezidenti Vladimir Putin Yeni ili ailəsinin və dostlarının əhatəsində qeyd edəcək".
AzVision.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Putin Milad həftəsində qismən işləyəcək: “Düşünürəm ki, ilk bir neçə gün işləyəcək, hamı kimi, digər günlər sadəcə istirahət üçün istifadə olunacaq. Baxmayaraq ki, o, tam istirahət edə bilməz”, - Kremlin sözçüsü bildirib.

Əlavə edib ki, prezident mütəmadi olaraq sənədlər və digər məlumatlarla işləmək məcburiyyətindədir: “Üstəlik, Avropada belə bir həyəcanlı vəziyyət yarandıqda, bütün mənbələrdən, bütün kanallar vasitəsilə davamlı olaraq məlumatlar alınır”.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Vladimir-Putin  





Xəbər lenti