Ermənistanda 10 ton apelsin daşıyan İran maşını aşıb

Ermənistanda 10 ton apelsin daşıyan İran maşını aşıb
  25 Dekabr 2021    Oxunub:740
Bu gün Ermənistanda ağır avtomobil qəzası baş verib. AzVision.azxəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, saat 06:30 radələrində Ermənistanın Ararat rayonundan İrəvana gedən İran nömrəli “Mercedes” markalı yük maşını Noraqavit rayonunda qəza törədib.

- İrandan gəldiyi ehtimal edilən yük maşını Yol Polisi Postunun yaxınlığında “Opel” markalı minik avtomobili ilə toqquşub. Nəticədə aşan "Mersedes" yola da zərər vurub. Yük maşınının təxminən 10 tona yaxın portağal daşıdığı bildirilir. Meyvələr əraziyə dağılıb. O da qeyd olunur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları 3 saatdan çox gömrük əməkdaşlarının yükü yoxlamaq üçün hadisə yerinə gəlməsini gözləyibrlər. Yol Patrul Xidməti sürücülərin kimliyini hələlik açqılamayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti