Amerikalı hərbçi canlı yayımda Baydeni təhqir etdi- VİDEO

 Amerikalı hərbçi canlı yayımda Baydeni təhqir etdi-  VİDEO
  25 Dekabr 2021    Oxunub:1569
Amerikalı hərbçi prezident Cozef Baydeni təhqir edib. Hadisə ənənəvi yeni il təbriki mərasimi zamanı baş verib. Vətəndaş telefon bağlantısı ilə ölkə rəhbərini aşağılasa da, ABŞ prezidenti bunu sezməyib.
AzVision.az xəbər verir ki, bu barədə “The New York Post” qəzeti məlumat yayıb.

Bayden növbəti dəfə qeyri-adi davranış sərgilədi- VİDEO
Xoşagəlməz olayla bağlı yayılan videoda Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının hərbçisi ilə ənənəvi telefon bağlantısı quran Bayden ona ünvanlanan termini anlamayıb. Telefon danışığını sonunda hərbçi Amerika liderini tənqid edənlərin sevimli şüarını səsləndirərək Bayden və xanımını qarşıdan gələn bayram münasibətilə təbrik edib. O, "Milad bayramınız mübarək və irəli Brendon!" deyib. Maraqlıdır ki, Ağ Ev rəhbərinin özü də dərhal "İrəli, Brendon" ifadəsini təkrarlayıb.

Xatırladaq ki, bu şüar Alabamada keçirilən NASCAR yarışlarından sonra yaranıb. Yarışın qalibi Brendon Braun "NBC Sports" müxbirinə müsahibə verərkən, onun arxasında olan kütlə şüarlar səsləndirirdi. Jurnalist güman edib ki, onlar idmançıya dəstək olaraq "İrəli, Brendon" qışqırırlar. Əslində isə bu, Bayden əleyhinə ağır şüarlar olub. O vaxtdan bəri bu yanlış anlaşılan ifadə-"İrəli Brendon" ABŞ prezidentinə ünvanlanan senzuralı təhqirin simvoluna çevrilib. Baydeni sevməyənlər məhz bu şüarı səsləndirirlər.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Bayden   Hərbçi   ABŞ  



Xəbər lenti