Dünyanın ən böyük peyvənd araşdırma mərkəzi Türkiyədə olacaq

   Dünyanın ən böyük peyvənd araşdırma mərkəzi Türkiyədə olacaq
  25 Dekabr 2021    Oxunub:859
"Tamamilə yerli və milli imkanlardan istifadə olunmaqla peyvəndimizin hazırlanmasının hər mərhələsində öz alimlərimiz, tədqiqatçılarımız iştirak ediblər. İstifadə üçün icazə alındıqdan sonra “Sinovac” və “Biontech”lə yanaşı, yerli peyvəndimiz “Turkovac”ı da vətəndaşlarımıza təqdim edəcəyik".
AzVision.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli media nümayəndələrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Türkiyə dünyanın ən böyük tutumlu peyvənd araşdırma, təkmilləşdirmə və istehsal mərkəzi olaraq Ankarada “Gigiyena layihəsi”ni həyata keçirir:

"Ankaranın Esenboğa hava limanının yaxınlığında 50 min kvadratmetr qapalı sahəsi olan “Gigiyena layihəsi”nin tender mərhələsi gələn həftə tamamlanacaq".

Müsahibəsində bir çox aktual mövzulara toxunan Türkiyə Prezidenti son günlər ölkənin valyuta məzənnələrində baş verən dalğalanmalar haqqında danışaraq yeni qərarlarla bu məsələnin tənzimlənərək türk lirəsinin xarici valyutaya qarşı dəyər qazandığını deyib. Bildirib ki, məqsəd məzənnə dəyişikliyini azaltmaq, türk lirəsini daha dəyərli etməkdir.

Aytən Zəhra
AzVision.az


Teqlər: Peyvənd  





Xəbər lenti