Sabiq kanslerin yeni işi məlum oldu

 Sabiq kanslerin yeni işi məlum oldu
  25 Dekabr 2021    Oxunub:745
Avstriyanın keçmiş kansleri Sebastian Kurts ABŞ-da özəl şirkətdə işləyəcək.
AzVision.az xəbər verir ki, bu barədə “Österreich” nəşri onun yaxın ətrafına istinadən yazıb. Məlumata görə, özəl firmalardan biri ilə iş müqaviləsi artıq imzalanıb və Kurts yanvarın sonunda ABŞ-a gedəcək.

Sabiq kansler investisiyalar sahəsində çalışacaq və onun illik gəliri 500 min avro olaraq qiymətləndirilir. Şirkətin adı açıqlanmayıb. Oktyabr ayında Sebastian Kurts antikorrupsiya araşdırması fonunda kansler vəzifəsindən istefa verib, dekabrda isə siyasətdən tamamilə getdiyini elan edib.

Pərvanə Sultanova
AzVision.az


Teqlər: Sebastian-Kurts  



Xəbər lenti