İran "Omikron" ştammına görə quru sərhədlərini bağlayır

İran "Omikron" ştammına görə quru sərhədlərini bağlayır
  25 Dekabr 2021    Oxunub:922
İran koronavirusun "Omikron" ştammına yoluxma hallarının artmasına görə quru sərhədlərini bağlayır.
AzVision.az xəbər verir ki, bu barədə İranın Koronavirusla Mübarizə Qərargahı qərar qəbul edib.

Məlumata görə, İranın Türkiyə, İraq, Əfqanıstan, Azərbaycan, Ermənistan və Pakistanla quru sərhədləri bu gündən etibarən 15 gün müddətinə qapadılır. Bildirilib ki, pandemiya başlayandan bəri İranın Türkmənistanla quru sərhədləri bağlıdır.

Qadağa təhsil və ticarət (biznes) vizası olanlara, iş, müalicə və investisiya sənədləri olanlara şamil olunmur.

AzVision.az



Teqlər: İran  



Xəbər lenti