Sudanda iğtişaşlarda 48 nəfər ölüb

Sudanda iğtişaşlarda 48 nəfər ölüb
  25 Dekabr 2021    Oxunub:415
Sudanda hərbi çevrilişə qarşı etirazlarda ölənlərin sayı 48-ə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Sudan Həkimləri Mərkəzi Komitəsinin məlumatında ​​deyilir.

Komitənin hüquq müdafiəçiləri dekabrın 19-da Xartumda ağır yaralanan daha bir etirazçının öldüyünü elan ediblər. Həkimlərin bütün səylərinə baxmayaraq, 35 yaşlı Həmdi Bədrəddin Əhmədin həyatını xilas etmək mümkün olmayıb.

Komitə üzvləri təhlükəsizlik qüvvələrini dinc nümayişçiləri dağıtmaq üçün odlu silahdan istifadə etməkdə ittiham ediblər. Sudan Daxili İşlər Nazirliyi ittihamları rədd edərək, hərbi çevriliş əleyhdarlarının ölümündə heç bir əli olmadığını iddia edir.

Dekabrın 19-da Ömər əl-Bəşirin 30 illik hakimiyyətinin devrilməsi ilə nəticələnən etirazların başlanmasının üçüncü ildönümündə Afrika ölkəsinin müxtəlif yerlərində genişmiqyaslı nümayişlər keçirilib. Etirazçılar ölkədə mülki administrasiyanın formalaşdırılmasını tələb ediblər.

AzVision.az

Teqlər: Sudan   Çevriliş  







Xəbər lenti