Putin və Lukaşenko müdafiə məsələlərini müzakirə ediblər

   Putin və Lukaşenko müdafiə məsələlərini müzakirə ediblər
  25 Dekabr 2021    Oxunub:1141
Rusiya Prezidenti Vladimir Putinlə belaruslu həmkarı Aleksandr Lukaşenko arasında telefon danışığı olub. Tərəflər iki ölkə arasında, xüsusən də müdafiə sahəsində əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.
AzVision.az xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

“Söhbət zamanı Prezidentlər Belarus və Rusiya arasında əməkdaşlığın perspektivləri, o cümlədən müdafiə sahəsində və digər məsələlərə toxunublar”, - məlumatda deyilir.

Prezidentlər həmçinin Belarus liderinin Sankt-Peterburqa gözlənilən səfəri zamanı keçiriləcək tədbirlər proqramını müzakirə ediblər.

AzVision.az




Teqlər: Putin   Lukaşenko  



Xəbər lenti