AzVision.az xəbər verir ki, eks-prezident Türkiyənin regiona daxil olmasına da məyusluğunu gizlətməyib.
|
| "Köçəryan Ermənistan tarixinin ən böyük şəridir"- Erməni politoloq |
Onun sözlərinə görə, indi Rusiyanı bölgədən sıxışdırmağa, regiona təsirlərini azaltmağa çalışırlar. Moskva isə Bakıya təsirini saxlamaq üçün uzun müddət Ermənistan və Azərbaycanla bərabər məsafə saxlamağa çalışırdı. Müharibədən sonra Cənubi Qafqazda vəziyyət dəyişdi. Belə hesab etmək olar ki, region yenidən formatlaşdırılır. Türkiyə-Azərbaycan tandemi formalaşıb və yeni element meydana çıxdığından Rusiya üçün çətinliklər yaranıb.
- Ancaq biz Rusiyadan tələb edə bilmərik ki, onlar bizdən çox erməni olsunlar. Biz müttəfiq olaraq regionda statusumuzu itirməməliydik. Ən "effektiv" orduya malik ölkə statusunu itirmişik. Hər an müdafiəyə ehtiyacımız var. Bu, bizim çəkimizin azaldığını göstərir, - Köçəryan gileylənib.
O qeyd edib ki, belə bir fonda İrəvan bəzi anlaşılmaz formatlara daxil edilib. Eyni zamanda, Köçəryan xatırladıb ki, onun prezidentliyi dövründə ölkə bir-birini tamamlayan siyasət aparıb, ABŞ və Aİ ilə münasibətlər indikindən qat-qat yaxşı olub.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


