Kraliçanın qəsrinə silahlı şəxs daxil olub

Kraliçanın qəsrinə silahlı şəxs daxil olub
  25 Dekabr 2021    Oxunub:967
Polis əməkdaşları hazırda Böyük Britaniya kraliçası II Yelizavetanın Milad bayramını qeyd etdiyi Vindzor qəsri ərazisinə soxulmuş silahlı şəxsi saxlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Britaniya polisinin saytında məlumat verilib.

Qeyd olunub ki, 19 yaşılıə şəxs artıq həbs olunub.

O, Vindzor qəsri ərazisinə daxil olub, lakin iqamətgahın heç bir binasına girə bilməyib. Hadisə ilə bağlı kral ailəsinə məlumat verilib.

AzVision.az



Teqlər: Britaniya   Kraliça  



Xəbər lenti