“Omicron” ştamı səbəbindən 6 minə yaxın təyyarə reysi ləğv edilib

“Omicron” ştamı səbəbindən 6 minə yaxın təyyarə reysi ləğv edilib
  25 Dekabr 2021    Oxunub:887
“Omicron” ştamına yoluxmalar artdığı üçün aviasiya şirkətləri dünya üzrə həftə sonunda 6 minədək təyyarə reysini ləğv edib.
AzVision.az xarici mediaya istinadla xəbər verir ki, dünya üzrə cümə günü 2400, şənbə günü isə 2500-dək reys ləğv olunub. Bazar günü təxminən 1000 reysin ləğv olunması gözlənilir. Bundan əlavə, 15 minədək reys gecikmə ilə yerinə yetirilib. Ən ciddi azalma ABŞ və Çinə olan uçuşlarda qeydə alınıb.

“Lufthansa”, “Delta” və daha bir neçə şirkət uçuş heyətinin yoluxmasına görə reyslərin sayını azaltmağa məcbur olub.

AzVision.az



Teqlər: Omikron   Təyyarə  





Xəbər lenti