Çində koronavirusa yoluxanların sayı artıb

Çində koronavirusa yoluxanların sayı artıb
  26 Dekabr 2021    Oxunub:772
Çində son sutkada yeni növ koronavirusa 140 yoluxma aşkar edilib.

AzVision.az xəbər verir ki, Çinin Səhiyyə Komissarlığı bildirir ki, bu, son 5 ayda ən yüksək göstəricidir.

Yoluxanların 87 yerli, qalanı isə xaricdən gələnlərdir. Bir sutka əvvəl isə yoluxma sayı 55 nəfər olub.

Yeni yoluxanların əksəriyyəti Şensi əyalətinin sakinləridir. Sözügedən əyalətdə 3 gündür ciddi qapanma tətbiq edilir.

AzVision.az


Teqlər:



Xəbər lenti