Bakıda yol qəzalarının sayı azalıb
Məlumatda həmçinin deyilir ki, bu il Bakıda 161 küçə və prospektdə yol şəraitinin yaxşılaşdırılması ilə bağlı işlər görülüb. İl ərzində Agentliyin mütəxəssisləri 76 küçə və prospektin layihəsini işləyib, 30 layihəni isə icra edib.
15 ərazidə sürət həddi optimallaşdırılıb. 225 küçə və prospektdə isə yol nişanlanma xətləri çəkilib. 27 yol kəsişməsində svetoforların vaxt planında dəyişiklik edilib.
Ümumilikdə, son 6 ildə BNA-nın yol hərəkəti təhlükəsizliyi sahəsində həyata keçirdiyi tədbirlər nəticəsində nəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol qəzalarının dinamikasında azalma müşahidə edilir. Belə ki, avtomobil qəzalarının sayı 40%, piyadaların iştirakı ilə baş verən qəzaların sayı isə 12% azalıb.
AzVision.az
Teqlər: BNA