Yaponiyada yağan güclü qar fəsadlar törədib

Yaponiyada yağan güclü qar fəsadlar törədib
  27 Dekabr 2021    Oxunub:668
Soyuq hava kütlələrinin gətirdiyi güclü qar Yaponiyada geniş ərazilərdə fəsadlar törədib.
AzVision.az xəbər verir ki, Hyoqo prefekturasının Asaqo şəhərində dekabrın 27-də səhər saatlarında 71 santimetr, Şiqa prefekturasının Hikone şəhərinə isə 68 santimetr qar düşdüyü bildirilir. Nəticədə yollarda tıxaclar əmələ gəlib, aviaşirkətlərin yüzədək yerli reysi təxirə saldığı bildirilir. Güclü yağıntının qar uçqunları yarada biləcəyi də istisna olunmur.

Həmçinin elektrik xətlərini üzərində toplanan çoxlu qar səbəbindən enerjinin verilişində fasilələr yarana biləcəyi də gözlənilir. Meteoroloqlar qar buludlarının şərq istiqamətində hərəkət edərək, Hokuriku, Tohoku və Hokkaydo rayonlarına çatacağı barədə xəbərdarlıq edirlər.

Qarşıdakı 24 saat ərzində Niiqata prefekturasında 90, Kansay regionunda və Qifu prefekturasında 80 santimetr qar yağacağı proqnozlaşıdırılır.

AzVision.az


Teqlər:



Xəbər lenti