Vətəndaşlardan 15 ov tüfəng götürülüb

Vətəndaşlardan 15 ov tüfəng götürülüb
  27 Dekabr 2021    Oxunub:1663
Vətəndaşların qanunsuz saxladığı 15 ov tüfəngi götürülüb.
Daxili İşlər Nazirliyindən AzVision.az -a verilən məlumata görə, qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir.

Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 25-də və 26-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 15 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

AzVision.az


Teqlər: DİN   Tüfəng  





Xəbər lenti