Ermənistanda polis polkovnikinin silahını oğurladılar

Ermənistanda polis polkovnikinin silahını oğurladılar
  27 Dekabr 2021    Oxunub:752
Ermənistanda keçmiş polis rəisi qarət edilib. AzVision.az xəbər verir ki, bu barədə yerli saytlar məlumat yayıb.
Bildirilir ki, bir neçə gün əvvəl Arabkir polis idarəsinin keçmiş rəisi, polis polkovniki Varazdat Adamyanın əşyaları oğurlanıb.

- O, dekabrın 22-də Şenqavit Polis İdarəsinə müraciət edərək dekabrın bir gün əvvəl saat axşam saatlarında Baqratunyats küçəsində naməlum şəxslərin “Mercedes” markalı avtomobilinə basqın etdiyini deyib. Adamyan Şenqavit Daxili İşlər İdarəsinin əməliyyat qrupuna bildirib ki, avotmobildən oğurlanan çantasında sənədlər və pul ilə yanaşı tapança da olub. Faktla bağlı Şenqavit Daxili İşlər İdarəsi tərəfindən araşdırma aparılır. Hər halda keçmiş polis rəisi hadisədən bir gün sonra polisə məlumat verməklə onun silahı ilə törədilə biləcək cinayət hadisəsində məsuliyyət daşımayacağını da göstərmiş olub-, məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti