Ermənistanda virusdan ölənlərin sayı 7 950 nəfərə çatıb

Ermənistanda virusdan ölənlərin sayı 7 950 nəfərə çatıb
  27 Dekabr 2021    Oxunub:642
Ermənistanda son sutka ərzində daha 59 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, yoluxanların ümumi sayı 344 540 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 7 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 7 950-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1 499 nəfərdir. Aktiv xəstələrin sayı 4 669 nəfər təşkil edir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Virus  



Xəbər lenti