İran İsrail nüvə mərkəzinin maketinə raket zərbəsi endirdi- VİDEO

   İran İsrail nüvə mərkəzinin maketinə raket zərbəsi endirdi-   VİDEO
  27 Dekabr 2021    Oxunub:1967
Son vaxtlar İsrail ilə İran arasında olan gərginlik yenidən artıb. İsraildən ehtiyac yaranacağı təqdirdə İranın nüvə obyektlərinə zərbə endiriləcəyi ilə bağlı bəyanatlar da səslənir.
AzVision.az xəbər verir ki, "İMA Media" Tehranın artan təhdidlərə raket təlimi ilə cavab verdiyini yazıb. Məqalədə qeyd edilir ki, İran israillilərin bəyanatlarına cavab olaraq silahlı qüvvələrin raket hücumunu əks etdirən video görüntülər yayıb.

İran nüvə yanacağı istehsal edə bilər - Vitse-prezident
- İran Silahlı Qüvvələrinə aid kadrlarda İsrailin Dimonadakı nüvə mərkəzinin maketinə ballistik raketlər və kamikadze pilotsuz təyyarələrin birgə zərbəsinin işlənib hazırlanmasını nümayiş etdirir. Təlim zamanı İran hərbçiləri hədəfə təxminən 16 "Zelzal", "Zolfaghar", "Dezful", "Ghadr", "Emad" və "Sejil" raketləri atıb, həmçinin bir qrup "Shahed-136" kamikadze pilotsuz uçan aparatından da istifadə edilib-,məqalədə yazılıb.

Qeyd olunur ki, “Zelzal” və “Zolfqar” raketləri İran ərazisindən İsraili vura bilməz. Lakin lazım gələrsə, bu silahlar Livan, Suriya, Yəmən və hətta İraq ərazilərində yerləşdirilə bilər.









Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Raket   İsrail  



Xəbər lenti