Azərbaycan ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq forumuna sədrlik edəcək

Azərbaycan ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq forumuna sədrlik edəcək
  27 Dekabr 2021    Oxunub:581
"2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan ATƏT-in Təhlüksizlik üzrə Əməkdaşlıq forumuna sədrlik edəcək".
AzVision.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının xarici siyasəti sahəsində ilin yekunlarına dair keçirdiyi mətbuat konfransı zamanı deyib.

Nazir bildirib ki, ATƏT-in hərbi siyasi ölçüsünü əhatə edən və təşkilatın bu sahədə əsas strukturunu təşkil edən bu quruma sədrlik bir tərəfdən çox məsuliyyətlidir.

"Digər tərəfdən isə bu mövzu ilə bağlı olaraq ölkəmizin mövqeyinin çatdırılmasının və inkişaf etdirilməsi üçün çox əlverişli bir platformadır. Hesaab edirəm ki bu da ölkəmiz üçün uğurlu bir sədrlik dönəmi olacaq", - o qeyd edib.

AzVision.az



Teqlər: ATƏT  





Xəbər lenti