BMT: Livanda suriyalı qaçqınların sayı 1 milyonu keçib

BMT: Livanda suriyalı qaçqınların sayı 1 milyonu keçib
  04 Aprel 2014    Oxunub:1044
Livanda ötən ilə nisbətən suriyalı qaçqınların sayı 3 dəfə artaraq 1 milyonu keçib. Bu haqda BMT-nin qaçqınlar üzrə Ali Komissarın məruzəsində qeyd olunub. Məruzədə bildirilir ki, Livan adambaşına düşən qaçqınların sayına görə dünyada birinci yeri tutur.

AzVision.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu ölkənin vətəndaşlarının hər min nəfərinə orta hesabla 220 nəfər suriyalı qaçqın düşür. 2012-ci ilin aprel ayında Livan ərazisində 18 min suriyalı qaçqın yerləşdirilib. 2013-cü ildə 356 min, bu il isə 1 milyon qaçqının yerləşdiyi bildirilir.

“O qədər də böyük olmayan və müxtəlif çətinliklər yaşayan Livan üçün bu prosesin təsiri olduqca böyükdür.” - deyə BMT-nin qaçqınlar üzrə Ali Komissarı Antonyo Qutarreş qeyd edib.
Ən çox yük təhsil sisteminə düşür. Çünkü Livanda 400 minə yaxın məktəb yaşına çatmış uşaq var. Bu isə livanlı şagirdlərin sayından iki dəfə çoxdur.
Ötən il BMT və Əməkdaşlıq Təşkilatı beynəlxalq ictimaiyyətdən Livanda yerləşən Suriyalı qaçqınlar üçün 1,89 milyon dollar dəyərində yardım toplanmasını xahiş edib.

Qeyd edək ki, hazırda suriyalı qaçqınların sayı Livan, İordaniya, Türkiyə, İraq və Misirdə 2,6 milyonu keçib. BMT-nin proqnozlarına görə, ilin sonuna kimi bu rəqəmin 4 milyona çatacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti