Çində 13 milyon əhalisi olan şəhər dezinfeksiya edilir

 Çində 13 milyon əhalisi olan şəhər dezinfeksiya edilir
  27 Dekabr 2021    Oxunub:1118
Çində 13 milyona yaxın insanın yaşadığı Sian şəhəri koronavirusun “delta” ştamının yayılması ilə əlaqədar dezinfeksiya edilir.
AzVision.az xəbər verir ki, səlahiyyətli şəxslər sakinlərdən pəncərələri bağlı saxlamağı və küçələrə çıxamamağı xahiş edib. Bundan əlavə, yerli sakinlərə avtomobillərindən istifadə etməyə icazə verilmir.

Şəhərin dezinfeksiya edilməsi qərarı iki gün dalbadal 150-yə yaxın yoluxmuş şəxsin müəyyən edilməsindən sonra qəbul edilib. Ümumilikdə, üç həftədən az bir müddətdə 600-dən çox yeni yoluxan şəxsin əksəriyyətində “Delta” ştamı aşkarlanıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Çin   Dezinfeksiya  



Xəbər lenti