ABŞ-da Rusiya ən son F-35 təyyarələri ilə təhdid edilib

ABŞ-da Rusiya ən son F-35 təyyarələri ilə təhdid edilib
  27 Dekabr 2021    Oxunub:679
Ukrayna Rusiya ilə hava döyüşündə yalnız ABŞ və NATO-nun son F-35 qırıcılarının dəstəyi ilə qalib gələ biləcək.
AzVision.az xəbər verir ki, bu barədə “The National Interest” jurnalına hərbi ekspert Kris Osborn deyib. Onun sözlərinə görə, Ukrayna Hərbi Hava Qüvvələri cəmi 25-ə yaxın qırıcı ilə silahlanıb, halbuki onların hamısı Rusiyanın beşinci nəsil Su-57 təyyarələrinə müqavimət göstərə bilməz.

Eyni zamanda ekspert qeyd edib ki, hava dəstəyi olmasa, Rusiya quru qoşunlarının Ukraynaya hücumu çətinləşəcək:

“Amerika qoşunları Ukraynaya hücum edəcəyi təqdirdə Rusiyanı iki cəbhədə müharibə aparmağa məcbur edəcək. Amerikalılar öz qüvvələrini sürətlə Qara dənizə köçürə və Ukraynanın sərhədlərinin qorunmasında ona dəstək verə biləcəklər. Həmçinin ABŞ Ordusu Qara dəniz sahillərindən amfibiya əməliyyatları və raket zərbələri təşkil etməyə qadirdir”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ABŞ   Rusiya  



Xəbər lenti