30-dan çox miqrant Polşaya daxil olmağa cəhd edib

30-dan çox miqrant Polşaya daxil olmağa cəhd edib
  27 Dekabr 2021    Oxunub:1023
Bazar günü ( 26 dekabr – Red) yalnız altı qaçqın Polşa-Belarus sərhədini qanunsuz keçməyə cəhd edib.
AzVision.az xəbər verir ki, bu barədə Polşa Sərhəd Xidməti “Twitter”də məlumat yayıb. Lakin, bazar ertəsi gecə yarısından sonra böyük bir qaçqın qrupu Belarusdan Polşaya zorla daxil olmağa çalışıb.

Belə ki, Melnik qəsəbəsi istiqamətindən Polşa ərazisinə 36 nəfərdən ibarət əcnəbi qrupun daxil olmasının qarşısı alınıb. Onlar Polşa patrullarına daşlar atıb. Xəsarət alan olmayıb. Bundan əvvəl Polşa Sərhəd Xidməti bu il 39,5 min miqrantın Belarusdan Polşaya qeyri-qanuni yolla keçməyə cəhd etdiyini bildirmişdi.

AzVision.az


Teqlər: Polşa   Belarus  



Xəbər lenti