Rusiya Suriyada silah anbarını bombaladı

Rusiya Suriyada silah anbarını bombaladı
  27 Dekabr 2021    Oxunub:1218
Sosial şəbəkələrdə Suriyadakı hərbi obyektlərdən birinə güclü zərbələrin endirilməsini əks etdirən video yayılıb. AzVision.az xəbər verir ki, Rusiya hərbi saytları zərbənin Rusiya Aerokosmik Qüvvələri tərəfindən Suriyanın şimalında fəaliyyət göstərən hərbi birləşmələrə endirildiyini yazıb.
Qeyd edilir ki, videoda silahlılar üçün sursat anbarı kimi yaradılmış binaya birbaşa aviabombanın atılması əks olunub.

- Su-34 təyyarəsindən atılan bombanın zərbəsi anbarda saxlanılan xeyli sayda sursatın partlamasına səbəb olub və nəticədə güclü partlayış baş verib. Hadisə partlayışın episentrindən onlarla kilometr aralıda müşahidə olunub. Videonu təhlükəsiz məsafədə yerləşən və müşahidə məntəqəsində gizlənən yaraqlıların özləri lentə alıblar. Hələlik Müdafiə Nazirliyindən Aerokosmik Qüvvələrin Suriyadakı sursat anbarına basqın etməsi ilə bağlı şərh verilməyib,-məqalədə yazılıb.

Xatırladaq ki, bir neçə gün öncə Rusiyay məxsus “Orion” PUA-larının Suriyada terrorçulara qarşı hücum əməliyyatları icra edərək 40-dan çox uçuş həyata keçirməsi barədə məlumat yayılmışdı.


Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti