Rusiya və ABŞ rəsmiləri danışıqlar aparacaq

Rusiya və ABŞ rəsmiləri danışıqlar aparacaq
  28 Dekabr 2021    Oxunub:885
"Rusiya və ABŞ nümayəndələri yanvarın 10-da danışıqlar aparacaqlar. Müzakirələrin mövzusu Ukrayna ətrafındakı vəziyyəti, Avropada təhlükəsizlik, eləcə də silahlara nəzarət olacaq".
AzVision.az xəbər verir ki, bu barədə “Agence France-Presse” Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsinə istinadən məlumat yayıb.

“Biz danışıqlar masası arxasına əyləşəndə həm Rusiya, həm də biz öz narahatlığımızı ifadə edə bilərik, - o bildirib.

Amerika rəsmisi əlavə edib ki, Rusiya ilə istənilən razılaşmada Ukraynanın maraqları nəzərə alınacaq: "Prezident Co Baydenin Ukraynaya yanaşması aydın və ardıcıldır".

Yanvarın 10-da keçiriləcək danışıqlarda konkret kimlərin iştirak edəcəyi hələlik məlum deyil.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: ABŞ   Rusiya  



Xəbər lenti