Ermənistan post-sovet regionunda işsizliyə görə ilk yerdədir

   Ermənistan post-sovet regionunda işsizliyə görə ilk yerdədir
  28 Dekabr 2021    Oxunub:540
Ermənistan işsizlik səviyyəsinə görə keçmiş SSRİ məkanında ilk yerdə qərarlaşıb.
AzVision.az -ın məlumatına görə, bu barədə Beynəlxalq Əmək Təşkilatı və Dünya Bankının hesabatında deyilir.

Qeyd olunur ki, 2020-ci ilin göstəricilərinə əsasən, Ermənistan dünyada 7-ci yerdədir Ölkədə işsizlik səviyyəsi 20,2 faizə bərabər olub.

"Post-sovet məkanında ikinci yerdə 12,1 faiz işsizliklə Gürcüstan qərarlaşıb. Ukraynada işsizlik səviyyəsi 9,5 faiz, Azərbaycanda 6,3 faiz, Rusiyada 5,7 faiz təşkil edib. Regionda ən az işsizlik səviyyəsi Türkmənistanda qeydə alınıb - 4,4 faiz", - hesabatda deyilir.

AzVision.az


Teqlər:





Xəbər lenti