Azərbaycan Rusiyaya 100 tondan çox oksigen satacaq

   Azərbaycan Rusiyaya 100 tondan çox oksigen satacaq
  28 Dekabr 2021    Oxunub:723
Azərbaycan Rusiyanın Stavropol diyarına daha 110 ton tibbi oksigen tədarük edəcək.
AzVision.az xəbər verir ki, qeyd olunan yük 2022-ci ilin yanvarında regiona çatdırılacaq.

"Biz koronavirus xəstələrinin müalicəsi üçün oksigen və onun hazırlanması üçün avadanlıq satın almaqda davam edirik. Azərbaycanla ümumilikdə min ton müalicə qazının tədarükü ilə bağlı müqavilə imzalanıb. Növbəti partiya yanvarın əvvəlində çatdırılacaq", - Rusiya tərəfinin məlumatında deyilir.

Qeyd edək ki, bundan əvvəl Azərbaycandan 110 ton maye tibbi oksigeni tədarük olunmuşdu.

AzVision.az


Teqlər:



Xəbər lenti