Taliblər aksiya keçirən qadınlara atəş açıb

Taliblər aksiya keçirən qadınlara atəş açıb
  28 Dekabr 2021    Oxunub:661
Əfqanıstanın paytaxtı Kabildə qadınlar etiraz aksiyası keçiriblər.
AzVision.az xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.

“Taliban” hökuməti aksiyanın qarşısını almaq və yatırtmaq üçün etirazçılara atəş açıb.

Keçmiş Qadın İşləri üzrə Nazirliyin binası qarşısına toplaşan nümayişçilər iş, yemək və azadlıq tələb ediblər.

Ölən və yaralılar barədə hələlik məlumat yoxdur. Aksiyanın lentə alınması və ya foto çəkilməsi qadağan edilib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Əfqanıstan  



Xəbər lenti