Şoyqu Qarabağdakı sülhməramlılara təşəkkür edib
"Sülhməramlı qüvvələrimizi təqdim etməklə biz vəziyyəti sakitləşdirməyə nail olduq və planlı işlərin görülməsi üçün növbəti addımlar atılır. İndi bunu artıq planlı adlandırmaq olar. Bu bölgəyə həyat tədricən qayıdır. Orada getdikcə daha çox sülh və əmin-amanlıq hökm sürür”, - Şoyqu bildirib.
Onun sözlərinə görə, burada tibbi və humanitar yardımın göstərilməsində iştirak edənlərin hamısının böyük xidməti var: “Əlbəttə ki, sülhməramlı postlarında 24 saat xidmət aparanların əməyi var".
Nazir Dağlıq Qarabağda, Suriyada və Rusiyanın xaricdəki digər bazalarında xidmət edən bütün komandirlərə, hərbçilərə, sıravilərə. çavuşlara minnətdarlığını bildirib.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: Sergey-Şoyqu







Vaxtında, Aydın, Lazımlı!


