Ermənistan İsrailə yeni səfir göndərir
Qeyd edək ki, Akopyan bu ilin noyabrına qədər Ermənistanın Braziliya, Kolumbiya və Boliviyadakı səfiri postunu tutub. O, 2020-ci ilə kimi Ermənistanın Xarici İşlər Nazirliyində Amerika ölkələri şöbəsinin müdiri işləyib. Ondan öncə isə Ermənistanın İsraildəki səfiri postunu uzun müddət diplomat işləmiş Armen Smbatyan tutub. Lakin o, prezidentin sərəncamı ilə geri çağırılıb. 2021-ci ilin aprelində Smbatyan keçmiş mədəniyyət və gənclər nazirinin yol verdiyi qanunsuzluqlara köməklik etməkdə, habelə çirkli pulların yuyulmasında ittiham olunub.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsindən sonra İrəvanın Təl-Əvivlə olan münasibətləri bir qədər soyuyub. Ermənistanda İsraili Türkiyə və Pakistandan sonra Azərbaycana ən çox dəstək göstərən ölkə kimi qəbul edirlər.
Tural Tağıyev
AzVision.az
Teqlər: Səfir Ermənistan







Vaxtında, Aydın, Lazımlı!


