Türkiyənin Polşadakı səfirliyinə hücum olub

   Türkiyənin Polşadakı səfirliyinə hücum olub
  28 Dekabr 2021    Oxunub:868
Naməlum şəxs Türkiyənin Varşavadakı diplomatik nümayəndəliyinin binasına alovlanan su şüşəsi ("Molotov kokteyli"-red.)atıb. AzVision.az xəbər verir ki, bu barədə TVN24 telekanalı məlumat yayıb.
Artıq rəsmi qurumlar xoşagəlməz olayı təsdiqləyiblər.

- İnsident təxminən saat 14:00-da diplomatik nümayəndəliyin mühafizə şöbəsinin qoruduğu obyektlərdən birində baş verib, - paytaxtın polis komendantlığının zabiti Rafal Retmaniak mətbuata açıqlamasında deyib.
Hadisə yerində polis və kriminalistlərin işlədiyi bildirilir və artıq şübhəli şəxs saxlanılıb. Hücumla bağlı xəsarət alanlar barədə isə hələlik ki, məlumat yoxdur.

Tural Tağıyev
AzVision.az



Teqlər: Türkiyə   Səfirlik  



Xəbər lenti