50-dən çox yaşı olan gürcülər peyvəndə görə pul alacaqlar

50-dən çox yaşı olan gürcülər peyvəndə görə pul alacaqlar
  28 Dekabr 2021    Oxunub:754
Gürcüstan koronavirus əleyhinə peyvənd üçün dövlətdən birdəfəlik pul alacaq vətəndaşlar üçün yaş həddini aşağı salıb.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

İdarələrarası Koordinasiya Şurasının operativ qərargahının rəhbəri Georgi Gibradzenin sözlərinə görə, ödənişlərin alınması üçün yaş həddi azaldılacaq. Dövlətdən 200 lari məbləğində alınacaq pul artıq 50 yaşdan yuxarı Gürcüstan vətəndaşları üçün də məqbul sayılacaq. Əvvəllər isə bu vəsait 60 yaşdan yuxarı vətəndaşlara ödənilirdi.

- Yanvar ayında 60 yaşdan yuxarı şəxslərə 200 lari ödənilməsini nəzərdə tutan həvəsləndirmə proqramı davam etdiriləcək. Yaş həddi 50-yə endiriləcək, - məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti