50-dən çox yaşı olan gürcülər peyvəndə görə pul alacaqlar
İdarələrarası Koordinasiya Şurasının operativ qərargahının rəhbəri Georgi Gibradzenin sözlərinə görə, ödənişlərin alınması üçün yaş həddi azaldılacaq. Dövlətdən 200 lari məbləğində alınacaq pul artıq 50 yaşdan yuxarı Gürcüstan vətəndaşları üçün də məqbul sayılacaq. Əvvəllər isə bu vəsait 60 yaşdan yuxarı vətəndaşlara ödənilirdi.
- Yanvar ayında 60 yaşdan yuxarı şəxslərə 200 lari ödənilməsini nəzərdə tutan həvəsləndirmə proqramı davam etdiriləcək. Yaş həddi 50-yə endiriləcək, - məlumatda deyilir.
Tural Tağıyev
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


