Putin generalı vəzifədən uzaqlaşdırdı

Putin generalı vəzifədən uzaqlaşdırdı
  28 Dekabr 2021    Oxunub:696
Rusiya prezidenti Vladimir Putin Anatoli Yakunini Federal Penitensiar Xidmətin rəis müavini vəzifəsindən uzaqlaşdırıb.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, general-leytenant Anatoli Yakuninin Federal Penitensiar Xidmətin rəis müavini işdən çıxarılmasını səbəbi açıqlanmayıb. Bəzi saytlar generalın belə mühüm vəzifədə az müddətdə qala bilməsini müəmmalı məqam kimi qiymətləndirirlər.

Qeyd edək ki, Yakunin 2020-ci il avqustun 3-dən rəis müavini olub, bundan əvvəl 2012-2016-cı illərdə isə Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinə rəhbərlik edib.

AzVision.az



Teqlər:





Xəbər lenti