"Omikron" bir gündə 2500 uçuşun ləğvinə səbəb oldu

"Omikron" bir gündə 2500 uçuşun ləğvinə səbəb oldu
  28 Dekabr 2021    Oxunub:796
Çərşənbə axşamı yeni təhlükəli ştamm olan "omikron"un geniş şəkildə yayılması fonunda dünya üzrə iki min beş yüzdən çox uçuş ləğv edilib.
AzVision.az xəbər verir ki, bu barədə "FlightAware" portalı məlumat yayıb.

Qeyd edilir ki, dekabrın 28-də 2531 reys ləğv edilib, onlardan 865-i ABŞ daxilində və ya Amerikadan xaricə həyata keçirilən uçuş reysləridir.

Uçuşların yeni ştamm səbəbindən ləğv edilməsi üzrə "liderlər" arasında Çinin "China Eastern" və "Air China" aviaşirkətləri də var. Hər ikisinin ləğv edilən uçuşları ümumi statistikanın üçdə birindən çoxunu təşkil edir.

Tural Tağıyev

AzVision.az



Teqlər: Omikron   Uçuş  



Xəbər lenti