Dövlət Departamenti "erməni demokratiyası"na 400 min dollar ayırdı

Dövlət Departamenti "erməni demokratiyası"na 400 min dollar ayırdı
  29 Dekabr 2021    Oxunub:1108
ABŞ-ın Ermənistandakı diplomatik missiyası ölkədə demokratiyanın inkişafı ilə bağlı təkliflər üçün açıq konkurs elan edib. Məlum proqramın ümumi maliyyələşdirilməsi 400 min dollar təşkil edəcək.
AzVision.az xəbər verir ki, yerli media qrantın mətni barədə məlumat yayıb.

- Bu proqram Ermənistanda demokratiyanın inkişafına, insan hüquqlarının qorunmasının və vətəndaş təhsilinin təşviqinə yönəlmiş təşəbbüsləri dəstəkləmək məqsədi daşıyır, - sənəddə deyilir.

Müsabiqədə iştirak üçün Ermənistan QHT-ləri, o cümlədən beyin mərkəzləri, vətəndaş cəmiyyəti təşkilatları və KİV-lər müraciət edə bilər.

Həmçinin vurğulanır ki, təhsillə bağlı müraciətlərə yalnız o halda baxılacaq ki, “belə təhsil konkret ölçülə bilən nəticələr əldə etsin".

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   QHT  



Xəbər lenti