Ermənistanın Hərbi Aviasiya Universitetinin rəhbəri vəzifəsindən azad edilib

Ermənistanın Hərbi Aviasiya Universitetinin rəhbəri vəzifəsindən azad edilib
  29 Dekabr 2021    Oxunub:693
Ermənistan prezidenti Armen Sarkisyan Daniel Balayanı marşal Armenak Xanperyants adına Hərbi Aviasiya Universitetinin rəhbəri vəzifəsindən azad edib.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilir ki, sərəncam baş nazir Nikol Paşinyanın təklifi əsasında imzalanıb.

Qeyd edək ki, son bir ildə Ermənistan hərbi sferasında xeyli istefa və işdən azad edilmə halları yaşanıb. Hətta müharibə dövründə müdafiə naziri olmuş David Tonoyana qarşı cinayə işi açılaraq həbs edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti