İrəvan müharibə itkiləri ilə bağlı yeni rəqəm açıqlayıb
Bundan əvvəl səhiyyə naziri Anahit Avanesyan bildirib ki, Ermənistanda tanınması mümkün olmayan meyitlərin qalıqları xaricə göndərilir.
Dekabrın 24-nə olan məlumata görə, 1417 nəfərin meyiti və ya qalıqlarının şəxsiyyəti müəyyən edilib. Yay aylarında 53 cəsədin qalıqları əlavə DNT analizi üçün Niderlanda göndərilib, onların nəticələri alınıb. Daha 47 nəfərin qalıqları noyabrda göndərilib, onlardan 42-nin DNT-si əldə edilib, 37 nəfərin şəxsiyyəti müəyyən edilib, 5-nin müayinəsi heç bir nəticə verməyib.
İstintaq Komitəsi hələlik neçə qalığın müəyyən edilmədiyi sualına cavab verməyib. Komitə bunu istintaq sirri adlandırıb.
Qeyd edək ki, oktyabrın 4-də 44 günlük müharibədə ölən erməni hərbçilərinin sayının 3788 nəfər olduğu açıqlamışdı.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: Ermənistan İtki







Vaxtında, Aydın, Lazımlı!


