Gürcüstan parlamentinin yeni sədri seçilib

Gürcüstan parlamentinin yeni sədri seçilib
  29 Dekabr 2021    Oxunub:536
Şalva Papuaşvili Gürcüstan parlamentinin yeni sədri seçilib.
AzVision.az xəbər verir ki, iclasda deputatların 88 nəfəri onun lehinə, 1-i əleyhinə səs verib.

Ş.Papuaşvili X çağırış parlamentinin sayca üçüncü spikeri olub.

O, 2020-ci ilin oktyabrında parlament seçkilərində hakim "Gürcü arzusu" Partiyasının siyahısı üzrə deputat seçilib. 45 yaşlı siyasətçi bu ilin martından Təhsil və elm komitəsinə rəhbərlik edib.

Xatırladaq ki, sabiq sədr Kaxa Kuçava dekabrın 24-də vəzifəsini tərk edib.

AzVision.az



Teqlər: Gürcüstan  





Xəbər lenti