Sinaqoqa hücum edən amerikalıya ikinci dəfə ömürlük cəza verildi

Sinaqoqa hücum edən amerikalıya ikinci dəfə ömürlük cəza verildi
  29 Dekabr 2021    Oxunub:699
ABŞ federal məhkəməsi 2019-cu ildə Kaliforniya sinaqoquna silahlı hücum etmiş 22 yaşlı Con Ernestə ömürlük həbs cəzası verib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, eyni hökm daha əvvəl ştat məhkəməsi tərəfindən də verilmişdi.

Kaliforniyanın Cənub Bölgəsi Məhkəməsi bir qadının ölümünə, üç nəfərin ağır yaralanmasına və 50 vətəndaşa zərər vurmağa görə Cona ömürlük həbs cəzası çəkməsinə qərar verib. Federal cəzaya əlavə 30 il həbs də daxil edilib. Qeyd edilir ki, Ernest şərti azadlığa buraxıla bilməz.

Xatırladaq ki, 2019-cu ildə Kaliforniya ştatının San Dieqo şəhərində sinaqoqda yəhudi bayramı qeyd edilərkən 19 yaşlı tələbə insanlara atəş açmışdı. Hücum zamanı məsciddə uşaqlar da daxil olmaqla 100-ə yaxın insan olub.

Avtomatla silahlanan Ernest ən azı 10 atəş açıb, bundan sonra silahda problem yaşanıb. Bunun ardınca cinayətkar hadisə yerindən qaçıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti