Markes xəstəxanalıq oldu

Markes xəstəxanalıq oldu
  04 Aprel 2014    Oxunub:938
Nobel mükafatı laureatı olan kolumbiyalı yazıçı Qabriel Qarsia Markes Meksikanın paytaxtı Mexikoda xəstəxanaya yerləşdirilib.
AzVision.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Meksika Səhiyyə Nazirliyindən bildirilib ki, 87 yaşlı yazıçı maye itkisi ilə yanaşı ağciyər və ifrazat yolu infeksiyasına görə xəstəxanaya gətirlib.

Yazıçının oğlu Qonzalo Qarsia Barça bildirib ki, atasının sətəlcəm olmağı ilə bağlı yayılan xəbərlər yalandır.

Ədəbiyyatda magik realizm cərəyanının ən tanınmış təmsilçilərindən olan Markez 1982-ci ildə Nobel mükafatına layiq görülüb. 1967-ci ildə çap olunan ən məşhur əsəri “Yüz ilin tənhalığı” 25-dən çox dilə tərcümə edilib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti