Səddamın edamı ilə bağlı yeni detallar məlum olub

Səddamın edamı ilə bağlı yeni detallar məlum olub
  29 Dekabr 2021    Oxunub:1833
"İraqın keçmiş prezidenti Səddam Hüseynin məhkəməsi beynəlxalq hüququn əsaslarına zidd şəkildə keçirilib və onun nəticəsi də hamıya, o cümlədən keçmiş dövlət başçısına dərhal bəlli oldu".
AzVision.az xəbər verir ki bu barədə eks-prezidentin keçmiş vəkili Məhəmməd Münib Rusiya mediasına verdiyi açıqlamada məlumat verib.

Səddam Hüseynin edamdan öncə dediyi son sözlər
Onun sözlərinə görə, müdafiə tərəfinin bir qrup vəkili və Səddam Hüseyn özü də əvvəldən başa düşüb ki, prezidenti və onun silahdaşlarını azad etmək, edamın qarşısını almaq üçün əbəs yerə cəhdlər edirlər.

- Bütün beynəlxalq məhkəmələrdə və insan hüquqlarına hörmət edən qabaqcıl ölkələrdə ölüm hökmü qadağan edilib. Ona görə də məhkəmə İraqdan kənarda keçirilmədi. Çünki onlar həmin şəxsləri edam etməyə çalışırdılar. İkincisi isə, müdafiə imkanları da təqdim edilmədi. Hətta son söz təqsirləndirilən şəxsə verilməyib. Baxmayaraq ki, beynəlxalq məhkəmədə son sözün ittiham olunan şəxsə və onun müdafiəsini təşkil edən şəxsə aid olması şərtdir,- Münib deyib.

O həmçinin eks-prezidentin qürurlu davranışlarını da təqdir edib.



-O, kişi adam idi. Bu mənada ki, biz heç vaxt Səddamın nədənsə qorxduğunu hiss etmədik. Nə baxışında, nə sözündə, nə danışıq tərzində, nə də verdiyi suallarda. Hüquq fakültəsini bitirmiş adam kimi danışırdı və bu saxta prosesi ifşa etmək üçün məhkəmənin qanuni olmadığını bilə-bilə bəzi hüquqi məqamlara aydınlıq gətirdi.

Qeyd edək ki, İraqın 5-ci prezidenti olan Səddam Hüseyn 1979-cu ildə hakimiyyətə gəlmişdi. O, 15 il əvvəl dekabrın 30-da edam edildi. ABŞ İraqı işğal etmək üçün ölkədə guya kütləvi qırğın silahları saxlandığını iddia etdi. Bu bəhanə ilə İraqa girən ABŞ ordusu Səddam Hüseyni diri tutdu. Amma nə kütləvi qırın silahı tapıldı nə də başqa təhlükəli, qadağan olunmuş sursat.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İraq   Səddam-Hüseyn   Məhkəmə  





Xəbər lenti