McDonald`s Krımı tərk etdi

McDonald`s Krımı tərk etdi
  04 Aprel 2014    Oxunub:1136
Dünyanın ən böyük fast-food şəbəkəsi McDonald`s Krımda fəaliyyətini dayandırıb. Şirkətin Simferepol, Sevastopol və Yaltadakı 3 restoranı bağlanıb. Bu barədə AzVision.az RBK-ya istinadla xəbər verir.
Bunun səbəbinin sırf siyasi xarakterli olduğu bildirilir.

Şirkətin rəhbərliyi həmin restoranların əməkdaşlarına Ukraynadakı digər `McDonalds`larda çalışmağı təklif edib.

Qeyd edək ki, 1997-ci ildən Ukraynada fəaliyyət göstərən `McDonalds Ukrain LTD` 100% Amerikanın `McDonald`s Corporation` şirkətinə məxsusdur. 2012-ci ildə `McDonalds Ukrain LTD`-nin gəliri 187 milyon dollar olub.

AzVision.az


Teqlər:





Xəbər lenti