Azərbaycan 21 iranlı məhbusu təhvil verəcək

Azərbaycan 21 iranlı məhbusu təhvil verəcək
  29 Dekabr 2021    Oxunub:733
"Azərbaycanda həbsdə olan 21 iranlı qarşı tərəfə təhvil veriləcək".
AzVision.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Abbas Musəvi yerli mediaya deyib.

Onun sözlərinə görə, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Azərbaycana səfərindən sonra səfirliyin səyi və Azərbaycan rəsmilərinin humanistliyi ilə bu ölkədə həbsdə olan 21 İran vətəndaşı ölkələrinə təhvil veriləcək. Onlar yaxın günlərdə İrana göndəriləcək.

Səfir bildirib ki, təhvil veriləcək məhbuslardan üçü qadındır.

AzVision.az



Teqlər: İran   Məhbus  



Xəbər lenti